Xalq artisti Aygün Kazımova hər kəsi çaşdıracaq addım atıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni Vaqif Gərayzadənin doğum gününü fərqli şəkildə təbrik edib. Belə ki, o, 2002-ci il, 5 may tarixində Heydər Əliyev sarayında keçirilən özünün "Gələrsiz, görərsiz" konsertindən görüntülər paylaşıb.
Bu görüntülərdə onun küsülü olduğu Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Elnarə Xəlilova, Natavan Həbibi, Samir Bağırov da olub.
Kazımova paylaşımın şərh bölməsində ürək sözlərini "Doğum gününüz mübarək, Vaqif Gərayzadə. Ey mənim dünyam, yaxşı ki, varsınız, yaxşı ki, varıq!" sözləri ilə ifadə edib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

