Play Store

Güləş qaydalarında dəyişikliklər - parter məhdudlaşdırılır, qırmızı kart verilir

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, bu dəyişikliklər 2 aprel 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək:

Maddə 21. Yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən (challenge) baxılacaq.

Maddə 47.

- Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəq. 30 san.) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.

- Neqativ güləş adlandırılan (negative wrestling) və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 49. Güləşmədən qaçmağa (fleeing the hold) görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 50. Xalçadan qaçma (fleeing the mat) da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Maddə 52.

- Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək.

- Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.

Maddə 53. Qəsdən kobud qayda pozuntusuna (brutality) yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR