Avropa istehsalı olan “PAESE” - təbii tərkibli peşəkar dekorativ kosmetika brendidir. Brendin nadir formulu və xassələri ilə tanınan məhsulları artıq Avropanın bir çox ölkələrini fəth edib və indi təbii gözəlliyin fəlsəfəsinə töhfə vermək üçün Azərbaycan bazarına gəlib.
Sözügedən brendin meneceri Lalə Əliyeva Publika.az-a bu kosmetika məhsulları haqqında geniş məlumat verib.
- Lalə xanım, “PAESE” sözünün mənasını açıqlayardınız.
- “PAESE” italyan sözü olub, mənası gözəl qadınlar ölkəsi deməkdir.
- “PAESE” dekorativ kosmetika brendi harada istehsal olunur və onu başqalarından fərqləndirən başlıca xüsusiyyəti nədir?
- Almaniya, İtaliya və Polşanın müştərək istehsalı olan kosmetika brendi “PAESE” 8 aydır ki, Azərbaycan xanımlarının ixtiyarına verilib. “PAESE” Azərbaycandan savayı 30 ölkədə satışı həyata keçirilir. O, Azərbaycan bazarında yeni olsa da, artıq xanımlarımız arasında sevilən və tələbat görən brendlər sırasına daxil olub. Qısa zamanda sevilməsinin və tələbat görməsinin səbəbi odur ki, qadınlarımız bu kosmetika ilə çox təbii nəticələr əldə edir. “PAESE” yaradıcılarının devizi də sağlam qadın və sağlam gözəllikdir. Sağlamlıq və gözəllik məfhumunu bir-birindən ayırmırıq.

- Brend nə zaman yaranıb?
- 6 ildir fəaliyyət göstərir. Bununla belə “PAESE” barmaqla sayılacaq qədər az brendlər siyahısındadır ki, qulluq və dekorativ kosmetikanı bir məhsulda birləşdirib.
- Yəni, bu brend qadınları həm gözəlləşdirir, həm qüsurları örtür, həm də dəri üçün faydalıdır?
- Bəli, məhsullar bitki mənşəlidir, tərkibinin 60-80%-i (bu məhsula görə dəyişir bu nisbət) natural komponentlərdən ibarətdir. Rənglər, piqmentasiya, parıltı və məhsuldakı hər bir çalar təbiətdə olan elementlərdən əldə edilib. Onlar “PAESE” laboratoriyalarında xüsusi reseptlər vasitəsilə əldə olunur ki, insan sağlamlığına, dəqiq desək, qadınların dərisinə daha az zərər versin və təbii məhsullar ortaya çıxsın.
Bu gün satışda olan kosmetika brendlərinin tərkibinə təbii komponentlər daxil deyil. Onlara istifadə müddətini artırmaq üçün paroben, müxtəlif kimyəvi maddələr və başqa qatqılar əlavə edilir. Bizdə isə “No paraben” gedir və allergiya yaratmır. Məhsulların təmizliyindən, həmçinin dəridə heç bir qızartı və qaşınma yaratmacayağından əminik. Odur ki, bəzən onları test etməyə ehtiyac duymadan müştəriyə təqdim edə bilirik. “PAESE” kosmetikalarını hətta lazer epilyasiyasından sonra da tətbiq etmək olar. Bizim məhsullarda paroben olmadığı üçün tonal kremlərin istifadə müddəti 1 il, tuşların isə 6 aydır.
- Məhsulların qalıcılığı haqqında nə deyə bilərsiniz?
- Baxmayaraq ki, məhsulların tərkibini təbii komponentlər təşkil edir, “PAESE” peşəkar kosmetika brendi sayılır, örtücülüyü və qalıcılığı güclüdür. Məhsulların 8-10 saat qalıcılığı var, üzdə hiss olunmaz dərəcədə yüngül duruşu və təbii görünüşü ilə seçilir. Son nəticədə hər şey var, amma sanki heç nə yoxdur effektli makiyaj əldə edirsiniz.
- Məhsullardakı əsas komponentlər nədən ibarətdir?
- Arqan, şi, gənəgərçək və düyü yağı, düyü və arı mumu, mirvari tozu, baykal təkkəsi bitkisi, alo vera, B- pantrnol, vitamin kompleksi və s.

- Bəs “PAESE” firması dəriyə zərər verən hansı elementlərdən imtina edib?
- Paroben, alkoqol, ətir və s.
- Dodaq boyalarının qalma müddəti xanımları qane edir?
- Bu il mat dodaq boyaları dəbdədir. Onlar 8-12 saata qədər dodaqda qalır və dodaqları qurutmur, çatlatmır. Müştərilərimiz çox razıdır.
Tonal kremləri 8-12 saata qədər qalıcılığa malikdir. Başqa markanın tonal kremlərindən fərqli olaraq bizim məhsullar dəridə ağırlıq yaratmır, üzün T nahiyəsini yağlandırmır.
Ümumilikdə məhsullar dərinizə stress və ağırlıq vermədən məsamələri tutmadan nəfəs almağa imkan verir, bu da qadınlara komfort hissi yaşadır. Qadınlar bir çox kosmetika brendindən əldə edə bilmədikləri rahatlıq hissini bizim məhsullarda tapır. Bu səbəbdən “PAESE” seçənlərin sayı günbəgün artır. Artıq qulluq üçün dekorativ kosmetikanı silməyə tələsməyə də ehtiyac qalmır. Çünki o dəriyə zərər vermir. Dekorativ kosmetikanın içindəki elementlər dərini nəmləndirir, qidalandırır. Beləliklə də dəri canlanır, öz təbii parlaqlığını itirmir, əksinə ilk istifadədən fərqi hiss olunur.
Kostemikaların piqmentasiyası da yüksəkdir, dəridə dərhal oturur.
Mineral kirşanlarımızın tərkibi zəngindir, talk yoxdur. Toz kirşanlar Aralıq dənizin müalicəvi palçığından əldə olunur. Onlar həm antibakterial, həm də hipoallergikdir.
Ənliklərin və pomadaların tərkibində arqan yağı var. Natural effekt almaq üçün çox əlverişlidir, üzdə təbii görünür.
Lakların isə dırnaqlarda qalıcılıq müddəti bir həftədir.

- Sirr deyil ki, azərbaycanlı xanımlar bəzənib-düzənməyi, çox makiyaj etməyi sevir. Onların təbii tərkibli məhsullara marağı hansı səviyyədədir?
- Cəmi 7 aydır fəaliyyətə başladığımızı nəzərə alsaq, olduqca yüksəkdir. Xanımlar kosmetikaya pul verəndə istəyir ki, keyfiyyətli və faydalı olsun. Müştəriləri birinci məhsulların tərkibi ilə tanış edirik. Onda maraqları daha da artır. Bizim marka haqqında eşitməyən xanımlar tanışlıq üçün sadəcə bir məhsul alır. Amma o məhsulun keyfiyyətini bəyəndiyi üçün yenidən bizə müraciət edir və bir neçə çeşid seçir. Bu da onu göstərir ki, brend özünü təsdiqləyib.
“PEASE”in digər üstünlüyü ondadır ki, biz münasib qiymətə yüksək keyfiyyət təqdim edirik. Baha qiymətə yaxşı məhsul almaq çox asandır, amma münasib qiymətə razı qalacağımız kosmetika almaq çətin məsələdir.
- İstehsal olunan kosmetikalar ilk növbədə heyvanlar üzərində sınaqdan keçirilir. “PAESE” firması da öz məhsullarını heyvanlar üzərində sınayır?
- Xeyr, bizim başqa bir devizimiz elə bu mövzudadır. İnstaqram səhifəmizə daxil olsanız, görərsiniz ki, orada dovşan şəkli var. “PAESE” məhsullarının tərkibi təmiz olduğu üçün heyvanlar üzərində testə gərək yoxdur.

- “PAESE”-in təbii bitki yağılarının faydaları nələrdir?
- Xanımlar makiyajın dəridə yaxşı qalması üçün nəmləndiricilərdən əvvəl yağ damcılarından istifadə edir. Lakin çoxları bilmir ki, yağları dəri tipinə görə seçmək lazımdır. Məsələn, quru dəri tipinə aid olan xanımlara baobab yağı uyğundur.
Arqan yağı çoxdan məşhurdur, baobab, tamonno və infa inic yağı isə ilk dəfədir ki, Azərbaycana gətirilib. Son üç növü Afrikada bitən ağacın meyvələrindən əldə edilir. Bu ağaclar ildə bir neçə kq məhsul verir, yağlar onların tumlarının sıxılmasından hazırlanır.
Fikrimiz var ki, gələcəkdə bu yağların satışını apteklərdə də həyata keçirək. Çünki yağlarımız gələn kimi bitir. Bu yağlardan bir-iki damcı tonal kremlə qarışdıraraq da istifadə etmək olar. Dəriyə çox gözəl effekt verir.
Hillarion turşusu isə sırf qırışlara aradan qaldırmaq üçündür. Onun istifadəsi 30 yaşdan yuxarıdır. Məşhur kosmetoloqlar da məsləhət görür ki, hillarion turşusunu 30 yaşdan sonra istifadə etsinlər. Yeri gəlmişkən, bu turşu uşaqların bədənində çox olur. Bu səbəbdən də uşaqların dərisi elastik, hamar və qüsursuz lur. Yaşa dolduqca bədənimizdə hillarion turşusunun səviyyəsi aşağı düşür. Onu “PAESE”-inhillarion turşusu əlavələri ilə qoruya bilərik.

- Ən çox satılan kosmetik məhsul hansıdır?
- Bizim bestsellerimiz “Long Cover Fluid” tonal kremləridir. Dəridə 12 saat qalan bu kremlərin tərkibi A, C və E vitaminləri ilə zəngindir, həmçinin kifayət qədər örtücüdür. 3,5 yarım örtücü olmasına baxmayaraq, çox natural makiyaj etmək olar.
“Drop fix” dodaq və göz kölgəsi bazası tanınmış stilist Elnur Hüseynovun sevdiyi məhsuldur. Bu baza su ilə çıxmayan, xüsusi vasitə ilə təmizləmədiyiniz təqdirdə günlərlə qalma gücünə sahibdir.
- Bu gün Azərbaycanda çoxlu sayda kosmetika firmalarının məhsulları satılır. Sizcə, bu bazarda onları ötə biləcəksiniz?
- İlk növbədə hər kəsə öz işində uğurlar arzu edirəm. Lakin onu da qeyd etməliyəm ki, keyfiyyət baxımından “PAESE” digər markalardan çox üstündür. Bitki tərkibli peşəkar və dekorativ kosmetikalar Azərbaycanda yox idi. “PAESE” bu baxımdan ölkəmizdə ilkdir, odur ki, uğur qazanacağımıza şübhə etmirəm.
- Müsahibə üçün çox sağ olun, Lalə xanım. Xanımlarımızın qayğısına qalıb onları təbii tərkibli və ziyansız məhsullarla tanış etdiyiniz üçün təşəkkür edirəm. Sizə işlərinizdə bol şans və Azərbaycanda kosmetika bazarında birincilərdən olmağı arzulayıram.
- Təşəkkür edirəm.
Aytən,
Foto: Səfiyar Məcnun