Müğənni-aparıcı Hülya Avşarın qızı Zəhra Çilingiroğlu sevgilisi Eray Ölçümlə Etilerdə ortaq dostlarının partisində əylənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin qızı gənc iş adamı ilə restoran çıxışında kameralara tuş gəlib.
Ölçüm bir müddət əvvəl valideynlərinin Zəhra ilə münasibətinə qarşı çıxması ilə bağlı sualları cavablandırıb. O, ana-atasını razı saldığını, Çilingiroğlu ilə xoşbəxt olduğunu və onunla evlənməyə hazırlaşdığını bildirib.
Qeyd edək ki, yanvar ayından eşq yaşayan cütlüyün Erayın valideynlərinə görə aralarını dəydiyi vurğulanmışdı.
Milli.Az