İmişli rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, rayonun Şahverdi kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.