Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Metbuat.az-ın məlumatına görə, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.

Ölkədə bu şəxslərin maaşları artırılıb

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.