Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Hələlik görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.