Bakıdakı yanğın xəbəri YALAN ÇIXDI

Bakıda baş verən yanğın xəbəri yalan çıxıb.

Metbuat.az bildirir ki, Bizimyol.info saytında yayımlanan Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verən yanğın xəbəri yalan çıxıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən bina sakini Əfqan Məmmədov qeyd edib ki, hadisə bir il öncə baş verib. Yayılan xəbərlər əsassızdır.

Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə müraciət daxil olmayıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

BNA-dan baş verən hadisəyə SƏRT REAKSİYA - "Bu, cəmiyyətə qarşı tərbiyəsizlikdir” – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR