Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb.

Metbuat.az bildirir ki, Trend-in PFL-in istinadən verdiyi məlumata görə, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

1 aprel

“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 15:00

“Qarabağ” – “Keşlə”
“Azersun Arena”, 18:30

2 aprel

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 17:00

“Neftçi” – “Səbail”
“Bakcell Arena”, 19:30