Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir - MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir.

MN-dən Metbuat.az-a verilən məlumata görə, poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.

Qanlı Bakı - 100 il əvvəlin mart soyqırımı necə başlamışdı / SƏNƏDLƏR – TIKLAYIN!



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR