Bakıda törədilən 200 min manatlıq oğurluq hadisəsinin üstü açılıb.
Metbuat.az-ın məlumatına görə, ARB TV xəbər verir ki, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib.
Dünyamalı Gülalıyev (saxlanılan şəxs): “Sahil qəsəbəsində yerin-yurdun başa saldım. Evində daima pulun olduğunu dedim”.
Osman Məmmədov (saxlanılan şəxs): “Dünyamalı ilə görüşüb işdən-gücdən danışdıq. Ev yeri bildiyini dedi və həmin puldan 30 minini istədi”.
Yadigar Dadaşov (saxlanılan şəxs): “Osmanla danışdıq, getdik evə baxdıq. İkinci mərtəbəyə qalxıb içəri girdik. Pulu və qızılları götürüb böldük”.
D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“30 min istəmişdi”
Həmçinin oxu
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Yeni baş məşqçinin Türkiyə barədə aylar əvvəlki sözləri gündəm oldu
Bu gün
·
22:47
Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü
Bu gün
·
22:20
Gec varlansa da, böyük sərvət qazanan 4 bürc
Bu gün
·
21:48
Azərbaycanın axtarışa verdiyi 7 türkiyəli - FOTO
Bu gün
·
21:20
Makron etirazlara münasibət bildirdi
Bu gün
·
21:17
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
Bu gün
·
21:10
Narın orqanizmə 12 faydası - Ürəkdən yaddaşa qədər
Bu gün
·
20:46
“Zelenski müharibəni bitirmək istəmir” - Tramp
Bu gün
·
20:39
Sərnişin təyyarəsi Bakıya təcili eniş etdi
Bu gün
·
20:37
Bomba xəbərdarlığına görə marşrutunu dəyişdi
Bu gün
·
20:35
HHQ komandanları ikitərəfli əməkdaşlığı müzakirə etdilər
Bu gün
·
20:12
Sabah bu ərazilərdə qaz kəsiləcək
Bu gün
·
19:58
Ən çox xəyanətlə üzləşən 3 bürc
Bu gün
·
19:43
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verildi
Bu gün
·
19:09
Rəqibinə zərbə endirən Arda buna görə meydandan qovulmayıb
Bu gün
·
19:05