Aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcəkdir. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq.

Bu barədə Milli.Az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək

Onun sözlərnə görə, konfransda Qoşulmama hərəkatının üzv dövlətləri, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər: "Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatının Bakıda keçiriləcək nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılacaqdır. Tədbiri işıqlandırmaq üçün yerli və xarici media nümayəndələri daxil olmaqla, 150-dən artıq şəxs akkreditasiyadan keçib".

Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçiriləcək