Müğənni Elnarə Xəlilova “Serebral Palsy” (beyin iflici) xəstəliyindən əziyyət çəkən üç yaşlı Uğur üçün “Park Bulvar” AVM-də təşkil olunmuş xeyriyyə aksiyasına qatılıb.
Metbuat.az xəbər verir ki, sözügedən aksiya satış xarakterli olub. Yarmarkada müğənni öz şəxsi əşyalarını simvolik qiymətə təqdim edib. Satışdan toplanan pul balaca Uğurun valideynlərinə verilib. Elnarə Xəlilovanın aksiyada iştirakı böyük maraq və rəğbətlə qarşılanıb.
Səidə Sultan: “İnsanlara inandığıma görə çox aldanmışam” - VİDEO - Oxumaq üqçün tıkla |