Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mosves Akopyan orduda hələ də qanunsuzluqların olduğun etiraf edib.

Metbuat.az xəbər verir ki, Akopyan söhbətin hansı problemlərdən getdiyini açıqlamayıb: “Mən hüquqşünas deyiləm ki, bu barədə açıqlama verəm. Ancaq korrupsiya əməllərinin üstünün açılması ordunun qanunsuzluqla mübarizə aparması mənasını verir”.