Çempionlar Liqasının 1/4 finalında "Yuventus"un qonağı olan "Real" 3:0 hesablı qələbə qazanıb. Bu oyun Madrid klubunun müdafiəçisi Daniel Karvaxal üçün də əlamətdar olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasında ardıcıl 25 oyunda məğlub olmamaqla yeni rekord müəyyənləşdirib. Karvaxal sonuncu dəfə 2015-ci ildə məhz "Yuventus"a məğlubiyyətin (1:2) şahidi olmuşdu. Bu mövsüm "Real"ın "Tottenham"ə uduzduğu matçda Karvaxal meydana çıxmamışdı.
Bu baxımdan öncəki rekord Luiş Nani və Patris Evraya məxsus idi. Onlar "Mançester Yunayted"in heyətində çıxdıqları ardıcıl 24 oyunda məğlub olmamışdılar.
Milli.Az