Müğənni ABD Malik əməkdar artist Röya Ayxanla ifa etdiyi köhnə Dəyirman qrupu ilə ifa etdikləri “Gəlmədin” mahnısının yeni versiyasını hazırlayıb.

Publika.az xəbər verir ki, 12 yaşı olan mahnıya yeni nəfəs verən iki sənətçi onu bu dəfə fərqli tərzdə oxuyub. Yeni kompozisiyaya çəkilən klipin rejissoru Abbas Səlimbəyovdur.

Röya Ayxan “Gəlmədin”lə bağlı təəssuratlarını bölüşüb:

“Birinci dəfə mən Dəyirmana təklif etdim ki, gəl mahnı yazdıraq. İkinci dəfə isə təklif ABD Malikdən gəldi. 12 il keçdikdən sonra mahnıya yeni nəfəs verdiyi üçün ona təşəkkür edirəm. Artıq yeni nəslin də bu mahnıdan xəbəri olacaq”.

Mahnının musiqisi İsa Məlikovun, yeni versiyaya yazılan sözlər isə ABD Malikin özünə aiddir.

Klip təqdimatında müğənnilərin yaxın dostları Zamiq Hüseynov, Murad Dadaşov, Elmir Məhərrəmov iştirak eidb.