"Qalatasaray" Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Cefferson Frafanı rənglərinə bağlamaq istəyir.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 33 yaşlı perulu müddəti mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyib. İddiaya görə Türkiyə nəhəngi Farfana ildə 2,5 milyon avro maaş verməyə hazırdı. Mənbə cənubi amerikalının hələ 3 il öncə "Qalatasaray"a keçməyə yaxın olduğunu da vurğulayıb.
Farfan cari mövsüm Rusiya Premyer Liqasında 8, Avroliqada isə 4 top vurub. Onun hesabında biri AL-də olmaqla, 6 qol ötürməsi var.
Milli.Az