150 hektar üzüm bağı MƏHV OLA BİLƏR

Tovuzda suvarıla bilməyən üzüm bağları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bununla bağlı Metbuat.az-a müraciət edən Tovuz rayon Aşağı Quşçu kəndinin sakini Sonya Quliyeva bildirib ki, problem kəndin Şiştəpə adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə su olmadığı üçün kənd camaatı 150 hektar üzüm bağlarını suvara bilmir. Kənd sakini qeyd edir ki, onlar bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, problem hələ ki həllini tapmayıb. 200-dən çox sakinin qazanc yeri olan bağlar suvarılmasa, məhv ola bilər.

Məsələ ilə bağlı ilk növbədə Tovuz rayon suvarma sistemləri idarəsi ilə əlaqə saxladıq. Lakin zənglərimizə cavab verən olmadı.

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Tovuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Aslan Sadıqov bildirib ki, hazırda sözügedən əraziyə su vermək mümkün deyil:

“Həmin əraziyə Ağdam şəhərində yerləşən göldən su verilir. Hər il bu vaxtı su idarəsinin mütəxəssisi gedib, gölün qapısını açırdı. Lakin göl ermənilərlə sərhəd bölgədə yerləşdiyindən, hazırda onun bəndini açıb, kəndə su vermək mümkün deyil. Çünki təhlükəli yerdir. Hər an nə isə ola bilər. Bununla bağlı artıq hərbi hissəyə müraciət etmişik. Onların iştirakı ilə 2-3 günə əraziyə gedilib, suyun verilməsi bərpa ediləcək”.

Problem tam həllini tapana kimi məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Dollar sürətlə BAHALAŞIR - Yaxın vaxtda manata təsiri olacaqmı? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR