İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR