Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində saat 12:00-a qədər 2093343 seçici iştirak edib.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 2093343 nəfəri (39, 39%) səsvermədə iştirak edib.