Lukaşenko İlham Əliyevi təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuğu kursu ilə yüksək həmrəyliyini təsdiq etdi. Əminəm ki, dövlət başçısı vəzifəsində Sizin fəaliyyətiniz ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına xidmət edəcək”.

A.Lukaşenko həmçinin, Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, bitməz enerji və planların icrasında uğurlar arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR