Həsən Ruhani: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyinin altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır

Həsən Ruhani: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyinin altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır
11:57 12 Aprel 2018
47 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Milli.Az bildirir ki, bu barədə Trend İran Prezidentinin saytına istinadən məlumat verir.

Təbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".

Həsən Ruhani Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar və Azərbaycan xalqına çiçəklənmə arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR