Yasamalda iki ev yanıb

Yasamalda iki ev yanıb
19:05 12 Aprel 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 16 kv.m sahədə əriyib.

Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/641759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR