Müğənni efirdən həmkarına od püskürdü:

5\5 proqramında müğənni Bəturə Hüseynova efirdən həmkarına ismarış göndərib.

Metbuat.az xəbər verir ki, Zaur Kamalın verilişinin qonaqlarında biri müğənni Bəturə Hüseynova olub. O, ötən verilişdən sonra duet ortağının kobudluğundan danışıb.

“Girin Yutuba, baxın onun arxasınca nə utanc sözlər danışılır. Mən üzərimə düşənləri Zaur sənə hörmət olaraq etdim. O, özü mənimlə bir verilişdə olmaq istəyib. Ancaq siz bilirsiniz ki, mənim heç nədən xəbərim yox idi. Efir arxası mənə nə deyib, efirdən sonra nələr danışıb. Burdan söyləyirəm, haqqımı sənə halal etmirəm.”

Xatırladaq ki, söhbət Bəturə Hüseynovanın keçmiş duet ortağı Sahib İbrahimovdan gedir. Onlar duet ortağı olarkən Sahib İbrahimovun ailəsində problemlər yaşandığı üçün artıq bərabər mahnı ifa etmirlər. Ötən verilişdə Zaur Kamal nə qədər Sahib İbrahimova təkid etsə də ki, duet oxusunla, müğənni razı olmamışdı.

Sözügedən verilişdən həmin videonu təqdim edirik:


Aparıcı müğənninin efirə gətirdiyi sevgilisinin geyiminə iradını bildirdi: “Qaynatanın qabağına belə çıxmaq olmaz”-VİDEO-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR