Aktyor qınandığına görə efirdən: “Qələt eləmişəm,üzr istəyirəm” - VİDEO

İslam Mehrəliyev 10 il bundan öncə etdiklərinə görə üzr istəyib.

Metbuat.az xəbər verir ki, 5\5 proqramının qonaqlarından biri də aktyor İslam Mehrəliyev olub. O, efirə Lerik əhlindən üzr istəmək üçün gəlib. Aparıcı ona söz verərkən aktyor:

“10 il bundan öncə “Zarafatsız” verilişində balaca bir səhnəcik hazırlamışdıq. Orda deyilən sözlər bu gün içtimailəşib və mənim başımda çatlayıb. Ancaq mən burdan Lerik əhlinə demək istəyirəm ki, bu, qətiyyən qərəzli olmayıb. Həmin verilişi hazırlayan,montaj işlərinə baxan elə o bölgədəndir. Mən niyə onları təhqir etməliyəm ki? Lerik camaatı əgər səhv başa düşürlərsə, qələt etmişəm, üzr istəyirəm.”

Aparıcı müğənninin efirə gətirdiyi sevgilisinin geyiminə iradını bildirdi: “Qaynatanın qabağına belə çıxmaq olmaz”-VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR