Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova və türkiyəli ifaçı Yusuf Güney Rusiyada konsert verəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar mayın 26-da "Respublika günü" münasibətilə Moskvanın "Vegas City Hall" konsert zalında səhnəyə çıxacaqlar.
Gecənin aparıcısı Cavid Gül olacaq.
Milli.Az