Bakının Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Vüqar Cabbarov (saxlanılan şəxs): "Köhnə iranlı dostumdan götürmüşəm. Mən özüm istifadəçisiyəm. Söhbət açıldı, o da verdi".

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

“Söhbət açıldı, o da verdi” - Keçmiş məhkum narkotiklə tutuldu - VİDEO - FOTO“Söhbət açıldı, o da verdi” - Keçmiş məhkum narkotiklə tutuldu - VİDEO - FOTO