Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşdı

Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşdı
17:18 19 Aprel 2018
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan), Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR