Qəzzada toqquşmalar: 4 ölü, 445 yaralı

Qəzzada toqquşmalar: 4 ölü, 445 yaralı
23:24 20 Aprel 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 445-i xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə AP agentliyi Fələstin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

 

Məlumata görə, ölənlərdən biri 15 yaşlı yeniyetmədir. Yaralılardan 96 nəfər güllə yarası alıb.

 

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR