Dünya şöhrətli di-cey və musiqi prodüseri Avicii (Tim Berqlinq) vəfat edib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, "Wake Me Up" mahnısı ilə şöhrət qazanan, İsveçdə doğulan sənətçinin cansız bədəni Omanın paytaxtı Məsqətdə tapılıb.

Onun ölüm səbəbi hələlik dəqiq bilinmir.

Sağlamlığında yaranan problemlərə görə konsertlərini ləğv etmək məcburiyyətində qalan di-ceyin 2014-cü ildə öd kisəsi və kor bağırsağı kəsilməli idi.

Alkoqolizmdən əziyyət çəkən prodüser 2 dəfə bu səbəbdən xəstəxanaya yatırılmışdı.

Sənətçinin ölümündən bir gün əvvəl çəkilən fotosu əldə olunub. Muscat Hills Resort-da fanatları ilə birlikdə şəkil çəkdirən di-ceyin "bir dəri bir sümük" qalması aşkar şəkildə görünür.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az