Ermənistanda etiraz aksiyaları daha da kütləvi

Ermənistanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları daha da kütləvi xarakter alıb.

Metbuat.az-ın məlumatına görə, paytaxt İrəvanla yanaşı Gümrü şəhəri və ölkənin digər bölgələrində də nümayişlər keçirilir. Ölkəni bürüyən etiraz dalğası bəzi ali məktəbləri də əhatə edib. Məlumata görə, mitinqlərə qoşulan çox sayda tələbə dərslərdə iştirakdan imtina edib. Etirazçılar paytaxtın mərkəzi küçələrini və hava limanına gedən magistralı bağlayıb. Gərginlik və tıxaclar səbəbiylə dövlət idarələrinin fəaliyyəti iflic olub.

Müdafiə nazirliyinin çağırışlarına baxmayaraq, nümayişçilər dövlət idarələri ətrafından çəkiləməyib. Polis narazı kütləni dağıtmaq üçün güc tətbiq edib. Toqquşmalar zamanı onlarla nümayişçi xəsarət alıb. Çox sayda aksiya iştirakçısı saxlanılıb. Son iki gün ərzində polis bölmələrinə 300-ə qədər nümayişçi aparılıb. Onların əksəriyyəti gənclərdir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR