Türkiyə, Səudiyyə Ərəbistanının rəhbərliyində olan bəzi Ərəb ölkələrinin hədəfi olan Qətərlə hərbi strateji və əməkdaşlıq haqqında razılaşmasını yeni mərhələyə qaldırır.
Publika.az xəbər verir ki, Ərəb dünyasının
etirazına baxmayaraq, Türk Silahlı Qüvvələrinin (ASK) Qətərdə hərbi
baza qurdu və ilk dəfə olaraq Türk Hava Qüvvələrinə məxsus döyüş
təyyarələri bu ölkədə keçiriləcək hərbi təlimlərdə iştirak
edəcək.
Belə ki, 2014-cü ilin dekabr ayını 19-da Tükiyə ilə Qətər arasında
imzalanan birgə müdafiə müqaviləsinə əsasən, Türkiyə bu ölkəyə
hərbiçilərini göndərib. Bu gün başlayacaq və ayın 29-na qədər davam
edəcək "Şahin-20" adlı təlimdə Türk Hava Qüvvələrinə məxsus 3 ədəd
"F-16" tipli təyyarə iştirak edəcək. Tük Hava Qüvvələri ilə yanaşı
təlimdə Birləşmiş Qüvvələr Komandanlığı üzvləri də iştirak
edəcək.
Təlimlərin məqsədi Türkiyədən gələn hərbi qüvvələrin təlimləri ilə Qətər Silahlı Qüvvələrinin mübarizə qabiliyyətinin artırılması, eləcə də Türkiyə və Qətər Hava Qüvvələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasıdır.
Xatırladaq ki, Ərəb ölkələri arasındakı böhranın ardından Türkiyə Qətərlə hərbi əməkdaşlıq müqaviləsini sürətləndirmiş və ötən ilin iyun ayından Türk əsgəri bu ölkəyə daxil olmağa başlamışdı. İki ölkənin hərbi hava və dəniz qüvvələri birlikdə quruda və dənizdə təlim xarakterli hərbi əməliyyatlar keçiriblər.
Könül Cəfərli