Fransanın "Air France" aviaşirkəti reyslərinin təxminən 25 faizini sabah təxirə salacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb maaşlarının artırılmasını tələb edən işçilərinin etiraz etməsidir.

Qarşıdan gələn etiraz aksiyası fevral ayından sayca doqquzuncu ciddi aksiya olacaq. Etirazçılar maaşlarının 6% artmasını tələb edirlər, şirkət isə yalnız 1% artıma razıdır.

Milli.Az