Aktyor Rıza Kocaoğlunun bacısı Gözde Kocaoğlu 2015-ci ildə ailə həyatı qurub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Gözde Kocaoğlu keçən çərşənbə günü doğum edib.

Məşhur aktyorun bacısı o anların fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Gözde altına bu qeydi əlavə edib:

"Xoş gəldin, qızım. Nə yaxşı gəldin...
Sevgilim Dərin, bir an əlimi buraxmadığın üçün sənə minnətdaram..."

Cütlük uşaqlarına Mercan ismini verib.

Məhəmməd Vaqif
Milli.Az