Şəbnəm Tovuzlu həmkarına cavab verdi:

Əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. Müğənni yenidən fikirini irəli sürərək gündəmə gəlib.

Metbuat.az bu mövzu ilə bağlı Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb. O, bildirib ki, anası elə Şəbnəm Tapdığın adına görə ona bu adı verib.

“Telefonuma gələn mesajları sizə göstərsəm gülərsiniz. Sadəcə olaraq cavab vermirəm, insandı da. Qoy desin. Ancaq biz üzdə rastlaşanda məni qucaqlayır, öpür. Bu adı mən sonradan götürməmişəm ki, 1983 ildən metirkam, şəxsiyyət vəsiqəmə Orucova Şəbnəm Arif qızı yazılıb. Sovetskidə doğulmuşam. Anam da o vaxt onun fanatı olub. Onun adından qoyub adımı. İndi mən nə edim ki, o, narahat olur.”

Aparıcılar həmkarlarını danışığına görə pis vəziyyətdə qoydular - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR