Rusiyanın Ermənistandakı səfirliyi Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfirlik əməkdaşlarına bu gün səfirlik ərazisindən çıxmamaq tövsiyə olunub.

Bundan başqa, diplomatik missiyaya giriş-çıxışlar da məhdudlaşdırılıb.

Xatırladaq ki, bir müddət Rusiya XİN Ermənistandakı vətəndaşlarına kütləvi yerlərdən uzaq durmağı tövsiyə etmişdi.

Milli.Az