Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 1 nəfər xarici vətəndaş tərə­fin­dən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycandan Rusiya istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il tə­vəl­lüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahman­jon oglı olması müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az