“Respublikaçılarla qapalı qapılar arxasında görüşməyəcəyik”.

“Hər bir addım üçün liderimizə hesabat verəcəyik”

Metbuat.az-ın Ermənistanın news.az saytına istinadən xəbərinə görə, bunu müxalif deputat, nümayişçilərin lideri Nikol Paşinyan deyib. O, Yerevanın Respublika Meydanında keçirilən mitinq zamanı əvvəlki danışıqların nə üçün dayandığını açıqlayıb:

“Hər bir addım üçün liderimizə hesabat verəcəyik”

“Karen Karapetyanla görüşə hazırlaşanda Karapetyanın onların təmsil etmədiyini deyən Respublikaçılar var idi. Ancaq dünən partiyanın iclası keçirilib və müzakirələrdə Respublikaçılar Partiyasını təmsil etmək üçün Karapetyanı seçiblər. Qeyd edirik ki, bu qərarı qəbul edirik və müzakirə prosesinə bizim açıqladığımız gündəmlə davam etməyə hazır olduğumuzu ifadə edirik. Bu gün saat 12:00-da müzakirə prosesinin ikinci etapına başlamaq üçün Karen Karapetyanı Marriott Otelinə dəvət edirəm”.

“Hər bir addım üçün liderimizə hesabat verəcəyik”

Ancaq konkret şərtlərinin olduğunu xatırladan Paşinyan deyib ki, Serj Sarkisyanla olduğu kimi, Karen Karapetyanla da cəmiyyətin nə müzakirə etdiyimizi görməsi üçün görüş media nümayəndələrinin qarşısında keçirilməlidir: “Respublikaçılarla qapalı qapılar arxasında görüşməyəcəyik. Biz, ictimaiyyətin gözü qarşısında olacağıq. Xalq liderimizdir, şefimizdir və biz, hər bir addım üçün liderimizə hesabat verəcəyik”.

Günay Elşadqızı / METBUAT.AZ