"Mənim adımmım" hərəkatının lideri, müxalif deputat Nikol Paşinyan bu gün Yerevanda etiraz aksiyaları keçirməyəcək.

Paşinyan Gümrü və Vanadzorda mitinqlər keçirəcək

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Repsublika meydanında keçirilən mitinq zamanı Paşinyan özü deyib. Paşinyan bildirib ki, bunun yerinə aksiyalar Gümrüdə keçiriləcək. Onun sözlərinə görə, Yerevandakı fəallar bir-iki gün istirahət edəcəklər.

Paşinyan Gümrü və Vanadzorda mitinqlər keçirəcək

Paşinyan deyib ki, aprelin 28-i saat 15:00-da Vanadzorda etiraz aksiyası keçiriləcək. Aprelin 29-30-u və 1 mayda isə Yerevanda yenidən kütləvi aksiyalar davam edəcək.

Günay Elşadqızı / METBUAT.AZ