Bu gün, aprelin 29-da Formula 1 üzrə dünya çempionatının sayca 4-cü mərhələsi olan Azərbaycan Qran Prisinin son günüdür.
Milli.Az xəbər verir ki, bu gün Qran Pridə Formula 1-in final yarışı olacaq. Yarış Bakı vaxtı ilə saat 16:10-da start götürəcək və təxminən 2 saat davam edəcək. Məhz bu gün Formula 1-in Azərbaycan Qran Prisinin qalibi bəlli olacaq. Finalda pit-leyndə poul mövqedə dünən təsnifat yarışında birincə nəticə göstərmiş "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel olacaq.
Ümumiyyətlə, təsnifat mərhələsinin nəticələrinə görə, bugünkü sıralama belə olacaq:
1. Sebastian Fettel - "Ferrari"
2. Luis Hamilton - "Mercedes"
3. Valtteri Bottas - "Mercedes"
4. Daniel Rikkiardo - "Red Bull Racing"
5. Maks Ferstappen - "Red Bull Racing"
6. Kimi Raykonnen - "Ferrari"
7. Esteban Okon - "Force India"
8. Serxio Peres - "Force India"
9. Niko Hülkenberq - "Renault"
10. Karlos Sayns - "Renault"
11. Lens Stroll - "Williams"
12. Sergey Sirotkin - 1:43.886 "Williams"
13. Fernando Alonso - "McLaren"
14. Şarl Lekler - "Sauber"
15. Kevin Maqnussen - "Haas"
16. Stoffel Vandorn - "McLaren"
17. Pyer Qasli - "Toro Rosso"
18. Markus Eriksson - "Sauber"
19. Brendon Hartli - "Toro Rosso"
20. Roman Qrojan - "Haas"
Xatırladaq ki, 2018-ci ildə keçirilmiş Qran Pridən sonra pilotların mübarizəsində 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər. Komanda hesabında hələlik "Mersedes" komandası 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür. Qeyd edək ki, bu gün, bazar günü hava Qran Prinin ilk günü, cümə gününə nisbətən daha soyuq və küləkli olacaq. Əvvəlcə pilotlar saat 16:10-da isinmə dövrəsi vuracaq. Həmin vaxt havanın yağışsız, temperaturun 15 dərəcə isti olacağı və sürəti saatda 50 km-ə çatan güclü şimal küləyinin əsəcəyi gözlənilir.
Lakin bundan daha öncə, saat 13:10-da FİA Formula 2 üzrə sonuncu, ikinci yarış başlayacaq. Pilotlar təxminən 45 dəqiqə ərzində Bakı Şəhər Halqasında 21 dövrə vuracaqlar.
Qeyd edək ki, şənbə günü keçirilmiş ilk yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken, üçüncü yeri "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib. Ümumilikdə, Formula 1-də olduğu kimi, Qran Prinin Formula 2 yarışlarında da 10 komandanın hər birində 2 nəfər olmaqla sürətli bolidlərlə 20 pilot yarışır. Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokodur.
İlkin İzzət
Milli.Az