İngiltərənin daxili işlər naziri Amber Radd istefa verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, A.Radd parlamentə qeyri-qanuni miqrantların deportasiyası barədə yanlış məlumatlar verməkdə ittiham edilirdi.
Radd, miqrantların zorla deportasiya edilməsi məsələsinə görə, müxalifətin hədəfində idi. Onun baş nazir Tereza Meyə ünvanladığı məktub mediaya sızıb. Mətndə qarşıdakı illərdə qeyri-qanuni miqrantların ən az 10%-nin ölkədən deportasi edilməsinin əsas hədəf olduğu qeyd edilib. Deportasiyası planlaşdırılan miqrantların sırasına II Dünya Müharibəsindən sonra Qəraib dənizi ərazisi və Böyük Britaniyanın müstəmləkələrindən gələn işçi qüvvəsi daxil edilib.
"Guardian" qəzeti nazirin Tereza Meyə məktubunu dərc edəndən bir neçə saat sonra o, istefa vermək məcburiyyətində qaldı. İstefa verən nazirin adı İngiltərədə iqtidardakı Mühafizəkarlar Partiyasının potensial lider namizədləri arasında da keçirdi.
Qeyd edək ki, Amber Radd noyabrdan bu yana Mey hökumətindən istefa verən 4-cü nazir olub. Bundan əvvəl müdafiə naziri Maykl Fallon, Baş Nazirin Müavini, dövlət naziri Damian Qrin və təhsil naziri Castin Qrininq istefa verib.
Günay Elşadqızı / METBUAT.AZ