Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ayla” filminin gerçək qəhrəmanı, 73 yaşlı Eunja Kim ilə görüşüb.
Publika.az xəbər verir ki, diplomatik görüşlər üçün Cənubi Koreyada olan prezident paytaxt Seulda film qəhrəmanı ilə görüşüb.
Qeyd edək ki, 1950-ci ildə Şimali Koreya Cənubi Koreyaya müharibə elan edib. Birləşmiş Millətlər Təşkilatının yardım çağırışlarına cavab verən Türkiyə Cənubi Koreyaya hərbi dəstək göndərib. Hərbi dəstənin içindəki əsgərlərdən biri olan Süleyman gecə savaş meydanında valideynləri həlak olan bir qız uşağı tapır. 5 yaşlı qıza “Ayla” adını qoyur. Süleyman zamanla ona türkcəni, yazıb-oxumağı öyrədir. Ayla isə Koreyada açılan Ankara məktəbində qalır. Süleyman Aylanı bir də 60 ildən sonra axtarıb tapa bilir.
Film 2018 “Oskar” mükafatına namizəd olub.
Zümrüd