Ermənistan parlamentinin bu gün keçirilən iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyi irəli sürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, Paşinyanın namizədliyi deputatların 1/3-nin səs coxluğu ilə təsdiqlənib.

Qeyd edək ki, Paşinyan parlamentin 1 may tarixində keçirilən xüsusi iclasında baş nazir seçilməyib. Ermənistanda Qanunvericiliyə əsasən, baş nazir seçilmədiyi halda 7 gün ərzində yenidən baş nazir seçkisi keçirilir. İkinci səsvermədə də baş nazir müəyyən edilməsə, parlament buraxılır və növbədənkənar seçki təyin edilir.