İranda "Krım-Konqo" hemorragik qızdırma xəstəliyi növbəti dəfə ölümlə nəticələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində virusa yoluxan 4 nəfərdən 1-i dünyasını dəyişib.

Bildirilir ki, virus İranın cənubunda Kerman və Fars əyalətlərində aşkar edilib.

Qeyd edək ki, İranda bu xəstəliyə insanların yoluxması halları 2000-ci ildən başlayıb. Məlumata görə, həmin vaxtdan bu günə qədər İranda 1000-ə yaxın insan bu xəstəliyə yoluxub.

Təkcə 2017-ci ildə ölkədə 120 nəfər "Krım-Konqo" hemorragik qızdırma xəstəliyinə yoluxub ki, nəticədə 8 nəfər ölüb.

Milli.Az