Azərbaycan Premyer Liqasında 26-cı tura bu gün yekun vurulacaq.
Publika.az xəbər verir ki, çempion "Qarabağ" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Saat 19:00-da başlanacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Hazırda "Qarabağ"ın 62, "Neftçi"nin 37 xalı xalı var. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan flaqman üçün məğlubiyyət ağır nəticələr verə bilər. Bu səbəbdən Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanmağa çalışacaq.
Azərbaycan Premyer Liqası, 26-cı tur
6 may
19:00. "Qarabağ” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”.