“İranla nüvə razılaşmasını davam etdirəcəyik”

Fransa və Almaniya Xarici İşlər Nazirliyi, qərarı rədd edib-etməyəcəyinə dair qərarı gözlənilən ABŞ-dan asılı olmayaraq, İranla nüvə razılaşmasını davam etdirəcəklərini açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-İv Lö Drian, razılığın bir parçası olan üç Avropa ölkəsinin (Fransa, İngiltərə və Almaniya) İranla edilən nüvə müqaviləsini davam etdirəcəklərini və bu qərarı ABŞ-dan asılı olmadan verdiklərini bildiriblər.

Almaniyanın xarici işlər naziri Heiko Maas isə Berlinin dünyanı daha təhlükəsiz vəziyyətə gətirən bu razılığa bağlı qalmaq istədiyini bildirib. İngiltərə xarici işlər naziri Boris Conson isə daha əvvəl alternativlərin mövcud vəziyyətdən daha pis olacağını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 12 maya qədər İranla nüvə razılaşmasından geri çəkiləcəyini açıqlayıb. Ancaq bunun necə ediləcəyinə dair dəqiq qərar verilməyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR