Aktyor Burak Özçivitlə aktrisa xanımı Fahriye Evcen Afrikada tətildədirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük istirahətdə çəkilmiş şəkillərini tez-tez izləyiciləri ilə bölüşür.

Onların sonuncu dəfə yatırılmış bəbirlə çəkdirdikləri foto sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

İzləyicilər Fahriyenin hesabında yerləşdirdiyi fotonun altına "Siz şəkil çəkdirəcəksiniz deyə, heyvanı o günə qoymaq olar?" kimi şərhlər yazıblar.

Milli.Az