Xəbər verdiyimiz kimi, Ermənistan parlamentində baş nazir seçkisi üçün iclas başlayıb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, parlamentin iclası Respublika meydanında qoyulan televizorda canlı nümayiş olunur. Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə toxunub:

“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Qeyd edə bilərəm ki, danışıqlar Dağlıq Qarabağ rəhbərliyi təmsil olunmayana qədər effektiv hesab edilə bilməz”. Onun sözlərinə görə, Ermənistan ordusuna ciddi diqqət ayrılmalıdır.

Qeydedək ki, Nikol Paşinyanın tərəfdarları İrəvanın mərkəzindəki Respublika meydanına toplanıb. Ötən gün Nikol Paşinyanın çağırışına uyğun olaraq, əhali artıq müxalif lideri dəstək vermək üçün aksiyaya başlayıb. Aksiyada çıxış edən yoxdur, musiqi qrupu akisya iştirakçıları qarşısında çıxış edir.