Ən yaxşılar seçildi, "Qızıl qlobus"lar paylandı - FOTO

Ən yaxşılar seçildi, "Qızıl qlobus"lar paylandı - FOTO
10:12 12 Yanvar 2015
246 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyalı kinorejissor Andrey Zvyagintsevin "Leviafan" filmi "Golden Globe" mükafatlarının təqdimat mərasimində "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib gəlib.
 
Milli.Az NBC-yə istinadən bildirir ki, 72-ci "Golden Globe Award" mərasimi ABŞ-ın Los-Anceles şəhərindəki "Beverly Hilton Hotel"də keçirilib.
Mərasimin ən önəmli nominasiyası sayılan "Ən yaxşı dramatik lent"də qalib Riçard Linkleyterin "Boyhood" filmi olub. R.Linkleyterin özü "Ən yaxşı rejissor" mükafatına layiq bilinib.
 
"Ən yaxşı dramatik aktrisa" nominasiyasında "Hələ də Elis" lentindəki roluna görə Culianna Mur, "Ən yaxşı dramatik aktyor"da isə "Stiven Houkinqin kainatı" filmindəki roluna görə Eddi Redmeyn qalib gəliblər.
 
"Birdman"da baş rolda oynamış Maykl Kiton "ən yaxşı komediya aktyoru" olub.
 
Bu filmin ssenari müəllifləri Alehandro Qonsales İnyarritta, Nikolas CiakoboneAleksander Dinelaris "Ən yaxşı ssenari" nominasiyasının qalibləridir.
"Big Eyes"dakı roluna görə Emi Adams "Ən yaxşı komediya aktrisası", "Grand Budapest Hotel" filmi isə "Ən yaxşı komediya filmi" mükafatını alıb.
"Arxa planda ən yaxşı aktrisa" nominasiyasında Patrisiya Akret (Boyhood), "Arxa planda ən yaxşı aktyor" isə Cey Key Simmons (Whiplash) olublar.
"Ən yaxşı animasiya filmi" nominasiyasında "How to Train Your Dragon 2" qalib gəlib.
 
"Golden Globe" mükafatı 1944-cü ildən bəri hər il verilir. Mükafatın təsisçisi Hollivudda çalışan 90 əcnəbi jurnalistin daxil olduğu Xarici Kütləvi İnformasiya Vasitələri Assosiasiyasıdır. "Golden Globe" ABŞ kinematoqrafında "Oskar"dan sonra ən önəmli mükafat sayılır.
 
Milli.Az













































































































































































































































































































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR