Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İran qərarı ilə bağlı “CNN International”-ın suallarını cavablandırıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, İranla olan müqavilə edilə bilməz deyilənin edilmiş, illərlə davam edən mənfi halların müsbət hallara çevrilməsi ümidlərini artırmışdı: “Bunun bir anda tərs istiqamətdə inkişaf etməsi təkcə bölgəni deyil, bütün dünyaya və qlobal iqtisadiyyata təsir edəcək. Amerika Birləşmiş Ştatları bundan mənfəət qazana bilər, ancaq bir çox ölkə bundan ciddi mənada narahat olacaq. Bu isə daha böyük zərəri olan təcrübəyə səbəb ola bilər. Nəyə görə daha böyük böhranlara yol açırıq? Başqa böhranlara ehtiyacımız yoxdur”.

“ABŞ və İran arasındakı böhranın gətirə biləcəyi ən böyük risk nədir?” sualına Ərdoğan belə cavab verib: “Fikrimcə, burada itirən Amerika olacaq. İran imzaladığı müqaviləyə sadiq qalacaq. Amerika itirəcək, çünki imzaladıqları müqaviləyə sadiq qalmırlar. Beynəlxalq müqavilələr istədiyiniz zaman pozub, istədiyiniz zaman əməl edəcəyimiz razılıqlar deyil. İmza atılıbsa, sadiq qalınmalıdır”.

Günay Elşadqızı / METBUAT.AZ